“Borussiya” - “Qəbələ” oyununa biletlərin 80 faizi satılıb

“Borussiya” - “Qəbələ” oyununa biletlərin 80 faizi satılıb

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Almaniyanın Dortmund şəhərində keçiriləcək "Borussiya" - "Qəbələ" oyununa biletlərin 80 faizi artıq satılıb. SİA-nın məlumatına görə, 65 min 766 azarkeş tutumuna malik "Siqnal İduna Park" stadionunda oynanılacaq qarşılaşma üçün satışa çıxarılan biletlərin 15 mini azarkeşlərin yolunu gözləyir. Həmin biletlərin qiyməti sektorlardan asılı olaraq 18,50-78,20 avro arasında dəyişir.

"Borussiya" - "Qəbələ" matçı noyabrın 5-də Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. //AZƏRTAC

Bütün xəbərlər Facebook səhifəmizdə