Bakı-Sumqayıt-Bakı qatarlarının istifadəçiləri getdikcə artmaqdadır

Bakı-Sumqayıt-Bakı qatarlarının istifadəçiləri getdikcə artmaqdadır

"Stadler Rail Group" şirkətinin istehsalı olan yüksək komfort şəraitli KİSS markalı ikimərtəbəli elektrik qatarlarından istifadə edən sərnişinlərin sayı getdikcə artmaqdadır. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun SİA-ya verdiyi məlumata görə, 12 sentyabrdan 27 oktyabra kimi Bakı-Sumqayıt-Bakı marşrutu ilə ikimərtəbəli elektrik qatarları 74059 nəfər sərnişinə xidmət göstərib. Belə ki, Bakı sərnişin stansiyasından standart vaqonlara 39232, biznes sinfinə aid olan vaqonlara 1439, Sumqayıt stansiyasından standart vaqonlara 32473, biznes sinfinə aid olan vaqonlara isə 915 bilet satılıb.

Xatırladaq ki, sentyabr ayının 12-də Bakı-Sumqayıt-Bakı marşrutu ilə ikimərtəbəli elektrik qatarları hərəkətə başlayıb.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti bildirir ki, gələcəkdə də sərnişinlərin tam komfortlu və təhlükəsiz mənzil başına çatdırılması istiqamətində görülən işlər davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə