“Tarqovitse” - “Azəryol” matçını idarə edəcək hakimlər müəyyənləşib
Xəbər verdiyimiz kimi, oktyabrın 28-də Bakının qadınlardan ibarət "Azəryol" komandası Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarında ilk oyununu keçirəcək. SİA-nın məlumatına görə, yarışa 1/16 final mərhələsindən qoşulacaq təmsilçimiz Rumıniyada yerli "Tarqovitse" komandası ilə qarşılaşacaq.
Artıq görüşün hakimləri müəyyənləşib. Oyunu bolqarıstanlı Borislav İordanov və kiprli Teadora Kiriopulun idarə edəcək.
Komandalar arasında cavab oyunu noyabrın 4-də Bakıda təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB