Rəşid Məmmədbəyovun xatirə turnirinə srat verilib

Rəşid Məmmədbəyovun xatirə turnirinə srat verilib

Bakı İdman Sarayında (Neftçilər pr. 26a) Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında güləş üzrə Respublika seçim turnirinin final mərhələsi start götürüb. SİA-nın məlumatına görə, yarışların ilk günündə yunan-Roma güləşi üzrə 42, 46, 50, 54, 58 və 63 kq çəki dərəcəsində 120 yeniyetmə pəhləvan mübarizə aparır.

Turnir "İdman Azərbaycan" kanalından canlı yayımlanır. Yarışların proqramına əsasən, turnirin rəsmi açılış mərasimi saat 17:00-da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə