"Ardıcıl 5-ci oyundur ki, qələbə qazana bilmirik. AZAL ilə oyuna çox bərbad başladıq". SİA-nın məlumatına görə, bu sözləri futbol üzrə Azərbaycan Premyer Liqasının IX turunun AZAL ilə oyunundan sonra "Neftçi"nin baş məşqçisi Samir Əliyev deyib. O, komandasının ikinci hissədə vəziyyəti öz xeyrinə dəyişməyə çalışdığını bildirib: "Qol da vurduq. Amma oyunun son dəqiqələrində səhvə yol verdik, qapımıza penalti təyin olundu. Rəqib bundan maksimum yararlandı və biz məğlub olduq. Bəlkə də həyatım boyu bu qədər məyus olmamışdım. Çıxış yolu qışa qədər gözləməkdir. Əgər mən burada qalsam, layiq olmayan futbolçular komandadan göndəriləcək. Gənc, təcrübəli futbolçu başa düşməlidir ki, hansı klubda oynayır. Bu formanı geyinirsənsə, mahiyyətini dərk etməlisən".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB