Tərlan Əhmədov: "Artıq məşqçilər korpusunun, futbolçuların maaşları ödənilib” AÇIQLAMA
"Ruh düşkünlüyünə baxmayaraq, AZAL əzmkar oyun sərgilədi". SİA-nın məlumatına görə, bu sözləri futbol üzrə Azərbaycan Premyer Liqasının IX turunun "Neftçi" ilə oyunundan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib. Mütəxəssis qeyd edib ki, ümumilikdə hər iki komanda maraqlı, mübarizəli oyun göstərib: "Biz oyunun taleyini ilk hissədə həll edə bilərdik. Sadəcə, yaradılan qol vəziyyətlərindən maksimum istifadə edə bilmədik. Fasilədə komandaya əks hücumlarda oynamağı tapşırdım. Eyni zamanda, edilən dəyişikliklər də öz bəhrəsini verdi. Bu qələbəyə görə komandaya təşəkkür edirəm, artıq "Neftçi" ilə matçı unudub, növbəti tura hazırlaşmaq vacibdir. Biz bəzi səhvləri etməsəydik, indi xallarımız daha çox olardı".
Baş məşqçi klubun maliyyə problemlərinin düzəlmək üzrə olduğunu bildirib: "Maliyyə durumu normallaşmaqdadır. Artıq məşqçilər korpusunun, futbolçuların maaşları ödənilib".
Xatırladaq ki, qarşılaşma 2:1 hesabı ilə AZAL-ın xeyrinə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB