Avropa Kubokunda 5-ci tur başa çatıb

Avropa Kubokunda 5-ci tur başa çatıb

Makedoniyanın Skopye şəhərində şahmat üzrə klublar arasında Avropa Kuboku uğrunda mübarizə davam edir. SİA-nın məlumatına görə, 5-ci turda turnirin son qalibi "SOCAR-Azərbaycan" Rusiyanın "Sibir" klubuna 2.5:3.5 hesabı ilə məğlub olub.

Digər təmsilçimiz "Odlar Yurdu" Norveçin "Valerenqa" klubuna 3.5:2.5 hesabı ilə qalib gəlib.

Bu gün 6-cı turda "SOCAR-Azərbaycan" Çexiyanın "Novi Bor", "Odlar Yurdu" isə Rusiyanın "Medniy Vasdnik" klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, 50 komadanın iştirak etdiyi Avropa Kubokuna oktyabrın 24-də yekun vurulacaq. Beş turdan sonra "SOCAR-Azərbaycan" "Alkaloid"lə hərəyə 8 xal toplayıb və 2-3-cü yerləri bölüşdürürlər. "Odlar Yurdu" isə 9-cu yerdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə