Qurban Qurbanov: "Ani diqqətsizliklər məğlubiyyətə səbəb oldu" AÇIQLAMA
"Qarabağ" klubunun baş məşçqisi Qurban Qurbanov komandasının Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda səfərdə "Monako"ya məğlubiyyəti (0:1) haqqında danışıb. SİA-nın məlumatına görə, mütəxəssis bildirib ki, futbolçular bəzi səhvlərə yol veriblər. Q.Qurbanov məğlubiyyətə diqqətsizliyin səbəb olduğunu qeyd edib: "Biz oyunda yaxşı müdafiə olunduq. Amma ani diqqətsizliklər məğlubiyyətə səbəb oldu. Bir epizodda səhv qapımızda qol görməyimizlə nəticələndi. Rəqibin heyətində ulduz futbolçular var. Belə komandaya qarşı çıxış etmək çətindir. Əlimizdən gələni etdik. "Monako" son oyunlarda çox yaxşı çıxış edir. Futbol hər zaman sürprizlərlə doludur. Amma bu gün olmadı. Evdə bu komandanı məğlub etməyə çalışacağıq. Bizim qrupda seçilmiş komandalar var. Sona kimi oynayacağıq. Növbəti mərhələ şanslarımız qalır. Biz düzgün olanı etmək istəyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB