UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü təsnifat mərhələsi çərçivəsində oktyabrın 22-də Bakıda, "Bakcell Arena"da "Qəbələ" – "Borussiya" (Dortmund) qarşılaşması keçirilir. Oyunu xorvatiyalı baş hakim İvan Bebek idarə edir. Ona həmyerliləri Tomislav Petroviç və Miro Qrqiç kömək edirlər.
"Qəbələ"nin start heyətində meydana Dmitri Bezotosnı, Vojislav Stankoviç, Vitali Vernidub, Rikardinyo, Arif Daşdəmirov, Dodo, Aleksey Qay, Derlis Meza Kolli, Sergey Zenyov, Fakundo Pereyra və Aleksey Antonov çıxıblar.
Qonaqların start heyətində isə Roman Veydenfeller, Jo Ho Park, Mats Hummels, Sakratis Papastatopoulos, Mattias Ginter, Julian Veyql, Jonas Hofmann, İlkay Gündoğan, Marko Roys, Sinci Kaqava və Pyer-Emerik Abameyanq yer alıblar.
"Borussiya" komandası hazırda 4 xalla "C" qrupuna liderlik edir. Hesabında bir xal olan Roman Qriqorçukun yetirmələri isə qrupda sonuncu pillədədirlər.
Oyunun 20-ci dəqiqəsi gedir, hələlik hesab açılmayıb - 0:0.
20:33
Oyunun 31-ci dəqiqəsində "Qəbələ"nin müdafiəçilərinin səhvindən sonra topu ələ keçirən qonaqlar hesabı açıblar. Reusun ötürməsini Abameyanq dəqiq zərbə ilə tamamlayıb – 0:1
20:40
Qaşrılaşmanın 38-ci dəqiqəsində "Qəbələ"nin cərimə meydançasına daxil olan Abameyanq qapını dəqiq nişan alaraq özünün və komandasının ikinci qolunu vurub - 0:2.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB