Qurban Qurbanov: "Bizi çətin oyun gözlədiyinin fərqindəyik" AÇIQLAMA
Avropa Liqasının III turunda "Monako"nun qonağı olacaq "Qarabağ" klubu sonuncu məşqinə çıxıb. SİA-nın məlumatına görə, hazırlıqdan yarım saat öncə baş məşqçi Qurban Qurbanov və İbrahim Şehiç jurnalistlər önünə çıxıb:
Qurban Qurbanov: "Bizi çətin oyun gözlədiyinin fərqindəyik. Buna baxmayaraq, hər şeyin doğrusunu etməyə çalışacağıq. Qrupda 2-ci pillədə qərarlaşmağımıza baxmayaraq, növbəti mərhələyə adlamaq baxımından rəqiblərimiz favoritdir. Hər halda onların zəngin təcrübəsi belə düşünməyə əsas verir. "Monako" ilə ardıcıl oyunların həlledici olacağını düşünmürəm. Fikrimcə, son tura qədər komandalar arasında mübarizə davam edəcək. Ona görə də indidən nəsə söyləmək çətindir. "Monako" sonradan ulduza çevrilən futbolçular yetişdirməklə adından söz etdirə bilib".
İbrahim Şehiç: "Rəqib çox güclüdür. Mən onların çıxışını ötən il izləmişəm. Vaxtilə Çempionlar Liqasında oyunlarına baxmışam. Ola bilsin, bəzi futbolçuları satıblar. Ancaq yenə də rəqibin gücünə şübhə yoxdur. "Monako" istedadlı gənc və təcrübəli usta futbolçuların vəhdətindən qurulmuş kollektivdir. Ona görə də diqqətli olmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB