Bakı Olimpiya Stadionunun direktoru müəyyənləşdi

Bakı Olimpiya Stadionunun direktoru müəyyənləşdi

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı Olimpiya Stadionunu AFFA-ya uzunmüddətli təmənnasız istifadəyə verib. SİA-nın məlumatına görə, AFFA prezidenti Rövnəq Abdullayevin əmri ilə assosiasiyanın Marketinq və Reklamlar Şöbəsinin müdiri Cavid Qarayev Bakı Olimpiya Stadionuna direktor təyin olunub.

Qarayev Cavid Azər oğlu

1977-ci il sentyabrın 14-də anadan olub

Təhsili:

Bakı Dövlət Universiteti - Sosiologiya və Psixologiya ixtisası

Rusiyanın San-Marino Universiteti - Biznes və İdarəetmə ixtisası üzrə magistr dərəcəsi

American University in London (hazırda American Intercontinental University, London) "Biznesin idarə olunması" üzrə bakalavr dərəcəsi

EF English First Language Məktəbi, London

Azərbaycan, rus və ingilis dillərində sərbəst danışır.

MOST-BANK Azərbaycan (hazırda STANDARD-BANK) Kredit kartları üzrə baş mütəxəssis, Azərbaycan Prezidentinin yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Borc Öhdəlikləri Bazarının tənzimlənməsi şöbəsində mütəxəssis, baş mütəxəssis və şöbə müdiri, Azərbaycan (BTC) Limited Bakı-Tbilisi-Ceyhan boru kəməri Əsas Maliyyə Mütəxəssisi, RAO Belrusneftegaz Neft və Qaz Servis və Tikinti üzrə Rusiya Şirkətinin Azərbaycan Nümayəndəliyinin Baş direktoru vəzifələrində çalışıb. 2007-ci ilin noyabr ayından AFFA-nın Marketinq və Reklamlar Şöbəsinin müdiri vəzifəsində fəaliyyətə başlayıb. FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin Marketinq rəhbəri olub. UEFA-nın Marketinq Məsləhətverici Komitəsinin üzvü, FIFA-nın MA Xidmətləri və Peşəkarlıq Proqramının (MASP) konsultantıdır.

Ailəlidir, 2 övladı var.

Bütün xəbərlər Facebook səhifəmizdə