“Xəzər Lənkəran” “Kəpəz”lə oyunun hazırlığına start verib

“Xəzər Lənkəran” “Kəpəz”lə oyunun hazırlığına start verib

Premyer Liqanın VIII turu çərçivəsində öz meydanında AZAL üzərində 3:1hesabı ilə inamlı qələbə qazanan "Xəzər Lənkəran" bir günlük istirahətin ardından yenidən toplanıb. Komanda məşqə çıxaraq qarşıdakı "Kəpəz"lə oyunun hazırlığına start verib. Oktyabrın 22-nə qədər Lənkərandakı bazasında məşqlərini davam etdirəcək "Xəzər Lənkəran" bir gün sonra səfər matçı üçün Gəncəyə yola düşəcək. Hazırda komandanın heyətində Orxan Əliyev və Rasim Ramaldanov ciddi zədədən əziyyət çəkir. Hər iki futbolçu məhz bu səbəbdən son turun matçını da buraxmalı olmuşdular.

Bütün xəbərlər Facebook səhifəmizdə