AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:
14 oktyabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Azərbaycan Kubokunun MOİK – "Turan Tovuz" matçında MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Oyunun 50-ci dəqiqəsində "Turan Tovuz" klubunun 3 №-li futbolçusu Qüvvət Əmrahov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
16 oktyabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının VIII turunun "Rəvan" – "Kəpəz" matçında "Kəpəz" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Oyunun 59-cu dəqiqəsində "Rəvan" klubunun 20 №-li futbolçusu Kənan Manafov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Oyunun 87-ci dəqiqəsində "Rəvan" klubunun 21 №-li futbolçusu Novruz Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Oyunun 90+1-ci dəqiqəsində "Rəvan" klubunun 16 №-li futbolçusu Orxan Lalayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
16 oktyabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının VIII turunun "Neftçi" – "Qəbələ" matçında "Qəbələ" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
15 oktyabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VIII turunun "Rəvan" – "Kəpəz" matçının 55-ci dəqiqəsində "Rəvan" klubunun 5 №-li futbolçusu İmran Təhmirazlı idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Oyunun 90+3-cü dəqiqəsində "Rəvan" klubunun 55 №-li futbolçusu Hüseyn Axundov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 37.1).
17 oktyabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VIII turunun "Xəzər Lənkəran" – AZAL matçında AZAL klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Oyunun 31-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun 77 №-li futbolçusu Əli Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
14 oktyabr 2015-ci il U-19 Liqasının "Kəpəz" – "Xəzər Lənkəran" matçının 75-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun 4 №-li futbolçusu Əli Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydanı tərk edərkən hakimlər briqadasın təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).
14 oktyabr 2015-ci il U-19 Liqasının "Rəvan" – "İnter" matçının 81-ci dəqiqəsində "Rəvan" klubunun 67 №-li futbolçusu Elmar Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
14 oktyabr 2015-ci il U-19 Liqasının "Qəbələ" – "Qarabağ" matçının 44-cü dəqiqəsində "Qəbələ" klubunun 8 №-li futbolçusu Qədir Bayramlı idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
12 oktyabr 2015-ci il Bakcell U-17 Liqasının "İnter" – "Neftçi İK" matçının 66-ci dəqiqəsində "Neftçi İK" klubunun 97 №-li futbolçusu İlyas İlyasov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
15 oktyabr 2015-ci il U-16 Liqasında "Qarabağ" – "Sumqayıt" matçının 34-cü dəqiqəsində "Qarabağ" klubunun 6 №-li futbolçusu İsfəndiyar Rüstəmov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).
15 oktyabr 2015-ci il U-16 Liqasında "Əlincə" – "Qəbələ" matçının 70-ci dəqiqəsində "Əlincə" klubunun 22 №-li futbolçusu Elçin Mustafayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).
16 oktyabr 2015-ci il Boulevard Hotel U-15 Liqasının "Qəbələ" – AZAL matçında AZAL klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
13 oktyabr 2015-ci il Boulevard Hotel U-15 Liqasının "Bakı" – "Zirə" matçının 68-ci dəqiqəsində "Bakı" klubunun 9 №-li futbolçusu Rəşad İsgəndərov hakimlər briqadasın təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).
18 oktyabr 2015-ci il U-14 Liqasının "Təhsil RİM" – "UGİM 14" matçının 50-ci dəqiqəsində "Təhsil RİM" klubunun 2 №-li futbolçusu Murad Əliyev rəqibi bilərəkdən əllə vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 38.3).
18 oktyabr 2015-ci il U-14 Liqasının "Dinamo" – UGİM (Neftçala) matçında "Dinamo" klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
10 oktyabr 2015-ci il U-12 Liqasının UGİM (Tər-Tər) – UGİM (Ağcabədi) matçının 27-ci dəqiqəsində UGİM (Tər-Tər) klubunun 12 №-li futbolçusu Amin Kazımzadə idmançıya yaraşmayan hərəkətə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
17 oktyabr 2015-ci il U-10 Liqasının "Təhsil TİM" (Gəncə) – "Ümid TİM" (Gəncə) matçında "Təhsil TİM" komandasanın heyətində yetərsay olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
17 oktyabr 2015-ci il futzal üzrə Azərbaycan çempionatı "Ekol" – "Praym Hold" matçının 20-ci dəqiqəsində "Praym Hold" klubunun 10 №-li futbolçusu Murad Mustafayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır(maddə 37.1).
17 oktyabr 2015-ci il futzal üzrə Azərbaycan birinciliyinin "Admiral" – "Yasamal" matçının 30-cu dəqiqəsində "Yasamal" klubunun 7 №-li futbolçusu Elvin Bayramov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
17 oktyabr 2015-ci il futzal üzrə Azərbaycan birinciliyinin "Amrahbank" – "Qatar" matçının 29-cu dəqiqəsində "Qatar" klubunun 77 №-li futbolçusu Aqşin Ömərov və "Amrahbank" klubunun 1 №-li futbolçusu İlqar Abdulov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığları üçün hər bir futbolçu 1 oyun cəzalanır (maddə 48).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB