Biletlərin yüksək qiymətə satılmasına görə yeni cərimələr tətbiq ediləcək
Kütləvi idman tədbirlərində və idman yarışlarında giriş biletlərinin "Bədən tərbiyəsi və idman haqqında" Qanuna uyğun olaraq müəyyən edilmiş tariflərdən yüksək qiymətə satılmasına görə, yeni cərimələr tətbiq ediləcək. SİA-nın məlumatına görə, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı verilib. Bildirilib ki, dəyişikliklərə əsasən, yuxarıda qeyd olunan əməlin törədilməsinə görə, fiziki şəxslər 700 manat miqdarında, vəzifəli şəxslər 1500 manat miqdarında, hüquqi şəxslər 6000 manat miqdarında cərimə ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB