"SOCAR-Azərbaycan" və "Odlar Yurdu" Avropa Kubokuna qələbə ilə başladı FOTOLAR

"SOCAR-Azərbaycan" və "Odlar Yurdu" Avropa Kubokuna qələbə ilə başladı FOTOLAR

Makedoniyanın Skopye şəhərində şahmat üzrə klublar arasında Avropa Kuboku uğrunda mötəbər yarışa start verilib. SİA-nın məlumatına görə, 50 komandanın iştirak etdiyi Avropa Kuboku uğrunda mübarizədə Azərbaycan iki klubla təmsil olunur. Bunlar Avropa Kubokunun son qalibi "SOCAR-Azərbaycan" və "Odlar Yurdu" klublarıdır. İlk turda yarışın favoritlərindən sayılan "SOCAR-Azərbaycan" Finlandiyanın "Tammer-Şakki" kollektivini üstələyib - 5,5:0,5. Komandamızda Veselin Topalov, Aniş Giri, Maykl Adams, Şəhriyar Məmmədyarov və Eltac Səfərli qələbə qazanıb. Rauf Məmmədov isə heç-heçə oynayıb.

Digər klubumuz "Odlar Yurdu" İngiltərənin "Uayt Roz" komandası üzərində 4:2 hesablı inamlı qələbə qazanıb. Ülvi Bacarani, Nicat Abbasov, Qədir Hüseynov və Zaur Məmmədov partiyanı qələbə ilə başa vurub. Vüqar Rəsulov və Nicat Məmmədov isə məğlubiyyət acısı yaşayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə