Vurduğu qollarla "Qalatasaray"a bir çox oyun və kubok qazandıran, ancaq meydandan kənarda yaşadığı problemlərlə diqqət çəkən Burak Yılmaz "yol ayrıcında" qalıb. SİA-nın məlumatına görə, son iki mövsümdə tez-tez Avropa klublarından təkliflər alan, ancaq hər dəfə "Qalatasaray"da qalmağı seçən futbolçu artıq ayrılığı qəbul edir. O, meneceri ilə birlikdə klub rəhbərləri ilə gizli görüşərək bu haqda danışıb. Bildirib ki, klubdakı iqtisadi çətinliyin fərqindədir və doğma komandası üçün fədakarlığa getməyə hazırdır. Futbolçu qeyd edib ki, əgər gələn təkliflərdən klubu qane edəni olarsa, transfer dönəmində və ya mövsümün sonunda Avropa klublarından birinə keçməyə razıdır. O, bununla "Qalatasaray"a əlavə gəlir gəlməsinə şərait yaradacağını deyib. Futbolçu klub rəhbərlərinin "yox" deyəcəyi halda, doğma komandasında sevinərək qalacağını vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB