Almaniya Futbol Federasiyası (AFF) 2006-cı il Dünya Çempionatına namizədliyi ərəfəsində ödənilən maliyyə vəsaiti ilə bağlı daxili araşdırmaya başlayıb. SİA-nın məlumatına görə, bu ölkənin "Şpigel" qəzetində yazılan xəbərdə iddia edilir ki, AFF həmin dövrdə sözügedən məqsəd üçün 6,7 milyon rüşvət verib. Xəbərdə bildirilir ki, araşdırma bu hadisənin üstü açıldığı üçün başladılıb.

Qeyd olunur ki, Almaniyanın dünya çempionatına namizədliyi dövründə verilən rüşvətdən 2005-ci ildə Namizədlik komitəsinin rəhbəri olan Frans Bekenbauer və hazırda UEFA przidentliyinə namizəd olması gündəmdə olan, AFF-nin prezidenti Volfqanq Nirsbaxın da xəbəri olub.
AFF 2005-ci ildə bu vəsaitin FİFA Mədəniyyət Proqramı üçün ödənilmiş olsa da, başqa məqsəd daşıdığı şübhə doğurduğuna görə araşdırma başlandığını açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB