Ötən həftə səfərdə məğlub olan "Xəzər Lənkəran"ın U-17 komandası bu turda doğma meydanda "Kəpəz"i qəbul etib. SİA-nın məlumatına görə, Ağadadaş Həmidovun yetirmələri bütün oyun ərzində üstünlüyə malik olmaqla rəqibin qapısından iki cavabsız qol keçirə bilib. Hesabı Məhəmməd Şahbazzadə açıb. Daha bir qol isə Kənan Həsənovun aktivindədir. "Xəzər Lənkəran" TV oyunun icmalını təqdim edir:
"Xəzər Lənləran"ın U-15 komandası isə qələbələr seriyasını davam etdirir. Bu dəfə paytaxtda "Təhsil" TFM ilə üz-üzə gələn 2001-ci il təvəllüdlü qrup daha bir böyükhesablı qələbəni rəsmiləşdirib - 6:0. Əliağa Məmmədov və Qədir Həsənovun dubl etdiyi matçda Murad Məmmədov və Tural Bayramov hərəyə bir dəfə fərqlənib. Bu qələbənin də icmalını "Xəzər Lənkəran" TV diqqətinizə çatdırır:
Çərşənbə günü U-19 komandası uzaq Gəncə səfərindən bir xalla qayıdıb - 0:0.
U-16 komandası isə səfərdə "Bakı" ilə qarşılaşıb. Xəqani Sadıqov oyunda hesabı açsa da, meydan sahibləri hesabı bərbərləşdirib və matç elə bu hesabla başa çatıb - 1:1.

Qeyd edək ki, Xəqani Sadıqov bu həftə həm U-17, həm də U-16 komandasının start heyətində meydana çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB