UEFA gələn il keçiriləcək AVRO-2016-ın final mərhələsinin püşk atması zamanı komandaların ilkin reytinqə əsasən hansı səbətlərdə yer alacağını müəyyənləşdirib. Turnirin ev sahibi Fransa millisi I səbətdə qərarlaşacaq. Son Avropa çempionatının qalibi İspaniya ilə yanaşı, Almaniya, İngiltərə, Portuqaliya və Belçika da bu səbətdə yer alacaq.
II səbətdə olacaq 6 yığmadan 5-i məlumdu: İtaliya, Rusiya, İsveçrə, Avstriya və Xorvatiya. Bosniya və Herseqovina pley-off mərhələsini adlayacağı halda səbətdə 6-cı komanda kimi yerini alacaq.
Əgər bosniyalılar istəklərinə çata bilməsələr, onda bu yerə ilk namizəd digər pley-offçu Ukrayna olacaq. Ukraynalılar da bu yeri tutmaq üçün final mərhələsinə yüksəlməlidilər.
Əgər hər iki komanda final mərhələsinə yüksələ bilməsə, onda ikinci səbətdə altıncı yer Çexiyaya nəsib olacaq. Əks təqdirdə çexlər III səbətdə yer alacaqlar.
IV səbətdə bəzi komandaların yeri dəqiqdi. Orada İslandiya, Uels, Albaniya və Şimali İrlandiya olacaq.
Çexiya, Polşa, Rumıniya, Slovakiya və Türkiyənin yer alacağı səbət isə pley-off qarşılaşmalarından sonra müəyyənləşəcək.
Final mərhələsinin püşkatma mərasimi dekabrın 12-i, Bakı vaxtı ilə saat 21.00-da Fransanın paytaxtı Paris şəhərində başlayacaq. Final mərhələsinin oyunları 2016-cı ilin iyunun 10-da başlayıb iyulun 10-da başa çatacaq.
Pley-off mərhələsinin püşkatması oktyabrın 18-i, Bakı vaxtı ilə saat 14.20-də Nyon şəhərində, qitənin ali futbol qurumunun qərargahında keçiriləcək.
Pley-off mərhələsinin ilk oyunları noyabrın 12-13-14-də, cavab qarşılaşmasları isə noyabrın 15-16-17-də keçiriləcək.
AVRO-2016-nın final mərhələsinin iştirakçılarının əmsalları:
Fransa - 46,416
İspaniya - 37,962
Almaniya - 40,236
İngiltərə - 35,963
Portuqaliya - 35,138
Belçika - 34,442
İtaliya - 34,345
Rusiya - 31,345
İsveçrə - 31,254
Avstriya - 30,932
Xorvatiya - 30,642
Çexiya - 29,403
Polşa - 28,306
Rumıniya - 28,038
Slovakiya - 27,171
Türkiyə - 27,033
İslandiya - 25,388
Uels - 24,531
Albaniya - 23,216
Şimali İrlandiya - 22,610
Pley-off mərhələsinin iştirakçılarının əmsalları:
Bosniya və Herseqovina - 30,367
Ukrayna - 30,313
İsveç - 29,028
Macarıstan - 27,142
Danimarka - 27,140
İrlandiya - 26,902
Norveç - 26,439
Sloveniya - 25,441
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB