Bu gün Azərbaycan çempionatına start veriləcək

Bu gün Azərbaycan çempionatına start veriləcək

Bu gün Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində "Çövkən" Atüstü Milli Oyunu üzrə 4-cü Azərbaycan çempionatına start veriləcək. SİA-nın məlumatına görə, çempionatda ölkənin müxtəlif bölgələrini təmsil edən 24 komanda iştirak edəcək. 17-22 dekabr 2014-cü il tarixlərdə Şəki şəhərində təşkil olunan Prezident Kuboku uğrunda Milli Atüstü Oyunlar Festivalı çərçivəsində keçirilən çövkən çempionatında ilk 8 yeri tutmuş komandalar yarışa 1/8 final mərhələsindən qoşulacaqlar. Çempionatın ümumi mükafat fondu 50 000 (əlli min) manat təşkil edir. Yarışların qrafiki belədir:

· 16 oktyabr 2015-ci il – 4 play-off oyunu;

· 17 oktyabr 2015-ci il - 4 play-off oyunu;

· 18 oktyabr 2015-ci il – 4 play-off oyunu;

· 19 oktyabr2015-ci il - 4 play-off oyunu;

· 21 oktyabr 2015-ci il - ¼ final oyunları;

· 22 oktyabr 2015-ci il - 2 yarımfinal oyunları;

· 24 oktyabr 2015-ci il 3-cü yer uğrunda və FİNAL oyunu;

Çövkən Milli Atüstü Oyunu üzrə 4-cü Azərbaycan çempionatında iştirak edəcək komandaların siyahısı

1) "Sərhədçi"Çövkən Komandası

2) "Kövsər" Çövkən Komandası

3) "Ağstafa" Çövkən Komandası

4) "Ağdam" Çövkən Komandası

5) "Şəki" Çövkən Komandası

6) "Ağcabədi" Çövkən Komandası

7) "Laçın" Çövkən Komandası

8) "Polad" Çövkən Komandası

9) "Balakən" Çövkən Komandası

10) "Zaqatala" Çövkən Komandası

11) "Qax" Çövkən Komandası

12) "Oğuz" Çövkən Komandası

13) "İsmayıllı" Çövkən Komandası

14) "Yevlax" Çövkən Komandası

15) "Bərdə" Çövkən Komandası

16) "Goranboy" Çövkən Komandası

17) "Göygöl" Çövkən Komandası

18) "Qazax" Çövkən Komandası

19) "Tovuz" Çövkən Komandası

20) "Daşkəsən" Çövkən Komandası

21) "Qəbələ" Çövkən Komandası

22) "Xaçmaz" Çövkən Komandası

23) "Batabat" Çövkən Komandası

24) "Elit" Çövkən Komandası

"Çövkən" Atüstü Milli Oyunu üzrə 4-cü ölkə çempionatının keçirilməsində əsas məqsəd Azərbaycanın qədim atüstü milli oyunlarının geniş xalq kütlələri arasında yayılması, atçılıq idmanının və milli atçılığın inkişaf etdirilməsi, gənc nəslin təlim-tərbiyəsində milli ənənələrin və sağlam həyat tərzinin təbliğ edilməsindən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə