Azərbaycan birinci divizionunda mübarizə aparan "Şahdağ" klubu baş məşqçisiz qalıb. SİA-nın məlumatına görə, Qusar təmsilçisinin çalışdırıcısı Telman Cavadov öz razılığı ilə istefaya gedib.
Qeyd edək ki, "Şahdağ" ötən gün ölkə kubokunun 1/16 final mərhələsi çərçivəsində doğma meydanda "Şəmkir"lə qarşılaşıb. Qarşılaşma qusarlıların 1:3 hesablı məğlubiyyəti ilə başa çatdığından, "Şahdağ" kubokdakı mübarizəni erkən dayandırmalı olub. Cavadov da məhz bu oyundan sonra istefa ərizəsini yazıb. Onun rəhbərlik etdiyi komanda birinci divizionda da uğursuz çıxışı ilə diqqət çəkirdi. Belə ki, geridə qalan beş turda cəmi bir xala malik olan qusarlılar 14 klub arasında 13-cü pillədə qərarlaşıblar.
Klub gördüyü işə görə mütəxəssisə dərin minnətdarlığını bildirib.
Məlumata əsasən, Telman Cavadov klubda digər vəzifəyə təyin olunacaq. //azerisport.com
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB