UEFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb

UEFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb

Futbol üzrə "Avro-2016"nın seçmə mərhələsinin oyunları başa çatdıqdan sonra UEFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. UEFA-nın rəsmi saytı xəbər verir ki, hesabında 16,941 xal olan Azərbaycan milli komandası 42-ci pillədə qərarlaşıb. Millimiz "Avro-2016"nın seçmə mərhələsi çərçivəsində doğma meydanda Malta yığmasını 2:0 hesabı ilə məğlub edib. Futbolçularımız səfərdə Norveç millisi (0:0), Malta kollektivi (2:2), Bakıda isə Xorvatiya yığması (0:0) ilə heç-heçə oynayıb.

Reytinq cədvəlinə 40,236 xalla Almaniya millisi liderlik edir. İspaniya millisi 37,962 xalla ikinci, İngiltərə kollektivi isə 35,963 xalla üçüncü pillədə qərarlaşıb. Türkiyə komandası 27,033 xalla reytinqdə 22-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə