Rüsumların 25 faizi işçilərə veriləcək

Rüsumların 25 faizi işçilərə veriləcək

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olunub. SİA-nın məlumatına görə, iclasda bildirilib ki, Qanunun 4.1-ci maddəsində dəyişiklik edilib. Dəyişikliyə əsasən, bu Qanunla nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun 25 faizi həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən işçilərin maddi təminatını yaxşılaşdırmaq məqsədilə dövlət rüsumu ödənilən orqanların xüsusi hesabına köçürülür, qalan hissəsi isə tam məbləğdə dövlət büdcəsinə ödənilir.

Sözügedən Qanun 2016-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə