AFFA-nın əməkdaşına beynəlxalq təyinat

AFFA-nın əməkdaşına beynəlxalq təyinat

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin əməkdaşı Könül Mehtiyeva qadınlardan ibarət komandalar arasında UEFA Çempionlar Liqasının 1/32 final mərhələsinin oyununa təyinat alıb. SİA-nın məlumatına görə, o, oktyabrın 15-də Rusiyanın Ximki şəhərindəki "Rodina" stadionunda keçiriləcək "Zorki" (Rusiya) – "Atletiko Madrid" (İspaniya) qarşılaşmasının UEFA nümayəndəsi olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə