Koreya Respublikasının Munqyeonq şəhərində keçirilən hərbçilərin VI dünya oyunlarının taekvondo yarışlarının sonuncu günündə mübarizəyə qoşulan idmançılarımız da uğurla çıxış ediblər. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, yarışlarda 49 kiloqram çəki dərəcəsində mübarizə aparan, birinci Avropa Oyunlarının bürünc mükafatçısı Patimat Abakarova bütün rəqiblərini yarışdan kənarlaşdıraraq turnirin qızıl medalını qazanıb.
Kişi taekvondoçulardan Səid Quliyev (-74 kq) yalnız finaldakı rəqibinə məğlub olaraq oyunları gümüş medalla başa vurub.
Xatırladaq ki, komandamız 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazanmaqla ümumilikdə 12 medala sahibdir. Yarışlar oktyabrın 11-də yekunlaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB