Antonio Konte: "Sensasiyanın olmamasına çalışacağıq" AÇIQLAMA

Antonio Konte: "Sensasiyanın olmamasına çalışacağıq" AÇIQLAMA

Futbol üzrə İtaliya millisinin baş məşqçisi Antonio Konte Avro-2016-nın seçmə mərhələsində bu gün keçiriləcək Azərbaycan - İtaliya oyunu haqda danışıb. SİA-nın məlumatına görə, o, son bir həftədə yaxşı məşqlər keçdiklərini qeyd edib. Baş məşqçi oyunun asan olmayacağını bildirib: "Xoşagəlməz məqam Andrea Pirlonun meydana çıxa bilməyəcəyinin dəqiqləşməsidir. Andrea məşqdə zədələnib. Oyun bizim üçün çətin olacaq. Yeni baş məşqçinin gəlişindən sonra Azərbaycan millisində dəyişiklik nəzərə çarpır. Rəqibimiz Xorvatiya və Norveç yığması ilə heç-heçəyə nail olub, Malta komandasını məğlub edib. Bununla belə, məqsədimiz qələbə qazanmaqdır. Çalışacağıq ki, seçmə mərhələlərdəki məğlubiyyətsiz seriyamızı davam etdirək. Amma asan olmayacaq. Yeni stadionda, çoxsaylı azarkeşlər önündə oynayacağıq. Təbii ki, biz rəqibə hörmətlə yanaşırıq. Ancaq sensasiyanın olmamasına çalışacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə