Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Avro-2016-nın seçmə mərhələsində bu gün keçiriləcək Azərbaycan - İtaliya oyunu haqda fikirlərini bildirib. O, hazırlığa 5 gün öncə başladıqlarını qeyd edib: "Məşqlərdən və komandadakı ab-havadan razıyam. Bizi çətin rəqib - dördqat dünya çempionu ilə oyun gözləyir. Bu komanda, eyni zamanda, qrupumuzun lideridir. Keçirdiyimiz 4 rəsmi oyundan sonra komandamızda inam hissinin gücləndiyini deyə bilərəm. Dörd oyundur uduzmuruq, futbolçular artıq özlərinə inanırlar. Əminəm ki, İtaliya yığması ilə də yaxşı oyun göstərəcəklər. Bizim üçün həm yaxşı oyun, həm də yaxşı nəticə lazımdır. Xorvatiya yığması da Bakıya gələndə inanırdı ki, Avropa çempionatına vəsiqə qazanacaq. Amma başqa nəticə oldu. Əlimizdən gələni edəcəyik ki, İtaliya rahat oynamasın və nəticə bizim üçün yaxşı olsun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB