Xəbər verdiyimiz kimi, Samir Abasov "Sumqayıt" futbol klubunun baş məşqçisi təyin olunub. SİA-nın məlumatına görə, ilk məşqdən əvvəl adıçəkilən mütəxəssis komanda üzvlərinə təqdim olunub. "Kapital Bank Arena"nın akt zalında baş tutan görüşdə "Sumqayıt" FK-nın prezidenti Kamran Quliyev, baş menecer Ceyhun Sultanov, Müşahidə Şurasının sədri Abdulla Məmmədov, şuranın üzvləri, veteran futbolçu Telman Salahov və Vaqif Ömərov da iştirak edib. Klubun rəhbərliyi tərəfindən Samir Abasova uğurlar arzulanıb, ardınca komanda məşqə çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB