Futbol üzrə "Avro-2016"nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da keçiriləcək Azərbaycan – İtaliya oyununun hakimləri müəyyənləşib. Oyunun baş hakimi şotlandiyalı Villiam Kollum olacaq. Onun köməkçisi funksiyasını Damien Makkrait (İrlandiya) və Fransis Konnor (Şotlandiya) yerinə yetirəcəklər. Matçın dördüncü hakimi şotlandiyalı Alasteyr Mather olacaq.
Oyunun əlavə köməkçi hakimləri isə şotlandiyalı Bobbi Madden və Con Beatondur.
Azərbaycan – İtaliya oyunu Bakı Olimpiya stadionunda saat 21:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB