Oktyabrın 6-da Qətərin paytaxtı Dohada boks üzrə dünya çempionatı başlayıb. Boksçularımızdan ilk olaraq rinqə 64 kiloqram çəki dərəcəsində mübarizə aparan Lorenzo Sotomayor çıxıb. Milli komandamızın üzvü kanadalı Artur Biyarslanovu məğlub edərək səkkizdə bir final mərhələsinə vəsiqə qazanıb. Təmsilçimizin növbəti rəqibi əlcəzairli Abdelkader Çader olacaq.
Dünya çempionatının debütantı 49 kiloqram çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov isə mərakeşli İmad Ahyounla qarşılaşacaq.
Çempionatda ölkəmizi təmsil edən digər boksçular Elvin Məmişzadə, Tayfur Əliyev, Albert Səlimov, Pərviz Bağırov, Teymur Məmmədov və Abdulqadir Abdullayevdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB