“Baku Open 2015”də 5-ci turun oyunları başa çatıb

“Baku Open 2015”də 5-ci turun oyunları başa çatıb

Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş ənənəvi "Baku Open 2015" beynəlxalq şahmat festivalında 5-ci turun oyunları başa çatıb. SİA-nın məlumatına görə, A turnirində 5-ci turda təmsilçimiz Nicat Abasov ukraynalı Mikhaylo Oleksiyenko ilə üz-üzə gəlib. Qarşılaşma həmyerlimizin xeyrinə başa çatıb. Beləliklə, Nicat Abasov 5 turdan sonra 4 xalla liderlər sırasındadır.

Bu turda İran şahmatçısı Gaem Maghami Ehsanilə Hindistan təmsilçisi Sethuraman xalları yarı bölüb. Hindistanlı Adhiban Baskaran həmyerlisi Puranik Abhimanyu üzərində qələbə qazanıb. Vüqar Rəsulov isə Qolami Aryanı məğlubiyyətə uğradıb.

Beş turdan sonra Nicat Abasov, Gaem Mughami Ehsan, Hindistan şahmatçıları - Sethuraman və Adhiban Baskaran 4 xal toplayaraq zirvəni bölüşdürürlər.

B qrupunda isə 5 turdan sonra iki hakimiyyətlilikdir. Şəhriyar Həsənov və Fariz Əhmədov 5 oyundan 5 xal toplayaraq turnirə liderlik edirlər. 3-cü pillədə isə aktivinə 4.5 xal yazan iranlı Ahmadreza Afşari qərarlaşıb.

Doqquz turdan ibarət yarış İsveçrə sistemi ilə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə