Argentinalı forvardın penta-triki Premyer Liqa tarixinin ən sürətlisi olub – 20 dəqiqəyə 5 qol
Serxio Aquerodan penta-trik

İngiltərə Premyer Liqasının VIII turunda evdə "Nyukasl"la qarşılaşan "Mançester Siti" rəqibinə 6:1 hesabı ilə qalib gəlib. Bu görüşdə penta-trikə imza atan Serxio Aquero ölkə çempionatında Endi Koul, Alan Şirer, Cermeyn Defo və Dimitar Berbatovun uğurunu təkrarlayıb.

Ancaq argentinalı forvardın penta-triki Premyer Liqa tarixinin ən sürətlisi olub – 20 dəqiqəyə 5 qol.

Həmçinin bu penta-trik TOP-4 Avropa çempionatları tarixində 3-cü ən sürətli olub. Aquerodan öndə Ladislao Kubale (1952-ci ildə 19 dəqiqə ərzində) və Robert Levandovski (2015-ci ildə 9 dəqiqə ərzində) var.

Bütün xəbərlər Facebook səhifəmizdə