Azərbaycanlı idmançı dünya rekordu qırdı

Zahir Xudayarov daha bir çempionluğunu qeyd edib
Azərbaycanlı idmançı dünya rekordu qırdı

Pauerliftinq üzrə dəfələrlə Azərbaycan çempionu, Avropa və Dünya çempionatının qalibi və eyni zamanda rekordçusu Zahir Xudayarov daha bir çempionluğunu qeyd edib. Finlandiyada təşkil edilmiş yarışda həmyerlimiz heç kimin edə bilməyəcəyini edib.

Belə ki, 125 kq çəkidə yarışa qoşulan idmançı kürəkdə 472.5 kq ştanqla oturub-duraraq (Squat) mütləq Dünya rekorduna imza atıb.

Həmin görüntünü təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə