Sentyabrın 30-da Novxanı qəsəbəsində yerləşən "AF Hotel"də Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş ənənəvi "Baku Open-2015" beynəlxalq şahmat festivalı start götürəcək. Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, festival A (güclülər ) və B (əmsalı 2250-dən aşağı olan şahmatçılar) turnirlərindən ibarət olacaq. Yarışda Azərbaycanla yanaşı, 10 ölkədən 220-ə yaxın şahmatçı (22 beynəlxalq qrossmeyster, 17 beynəlxalq usta və 9 FİDE ustası) qələbə uğurunda mübarizə aparacaq. Turnir 9 turdan ibarət olacaq və İsveçrə sistemi ilə keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB