“Xəzər Lənkəran” iki günlük istirahətə çəkildi

“Xəzər Lənkəran” iki günlük istirahətə çəkildi

Premyer Liqanın VI turunda Bakının "Zirə" klubuna son dəqiqələrdə penalti ilə məğlub olan "Xəzər Lənkəran" qısa müddətli istirahətə çəkilib. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, komanda sentyabr ayının 30-da Lənkəranda toplanacaq və "Qəbələ" ilə səfər oyununun hazırlığına start verəcək. Oktyabrın 3-də Qəbələyə yola düşəcək "Xəzər Lənkəran" oyunöncəsi son məşqini də bu şəhərdə keçirib, matç saatını gözləyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə