Dünya Kuboku uğrunda dörd qrossmeyster mübarizə aparır

Dünya Kuboku uğrunda dörd qrossmeyster mübarizə aparır

Bakıda şahmat üzrə Dünya Kubokunun yarımfinal mərhələsinin ilk partiyaları oynanılır. "Fairmont" otelində davam edən Dünya Kuboku yarışlarında cəmi dörd iddiaçı mübarizə aparır. Onların ikisi - Sergey Karyakin və Pyotr Svidler Rusiya təmsilçiləridir. Hər ikisi dörddə bir final mərhələsində tay-breyk oyununda qələbə qazanıblar. Dünya Kuboku uğrunda mübarizədə onlarla yanaşı, ukraynalı Pavel Elyanov və hollandiyalı Aniş Giri mübarizə aparırlar.

Altıncı dövrənin ilk partiyalarının nəticələrinə görə P.Svidler A.Giriyə qalib gəlib, P.Elyanov ilə S.Karyakin heç-heçə oynayıblar.

Sabah qrossmeysterlər yarımfinal mərhələsinin ikinci partiyalarını oynayacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə