Avropa Oyunlarının qalibi Rusiyada qızıl medal qazandı

Avropa Oyunlarının qalibi Rusiyada qızıl medal qazandı

Azərbaycanın taekvondo üzrə yığmasının üzvləri Rusiya açıq çempionatının ilk günündə bir qızıl və bir bürünc medal qazanıblar. 80 kiloqram çəki dərəcəsində Avropa Oyunlarını qalibi Milad Beigi Harçeqani yarışın finalında sabiq dünya çempionu, Tahir Güleçi (Almaniya) məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Avropa Oyunlarının gümüş mükafatçısı Fəridə Əzizova (67 kq) isə beynəlxalq yarışda bürünc medala sahib olub.

Bütün xəbərlər Facebook səhifəmizdə