“Eybar” turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb

“Eybar” turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb

İspaniya La Liqasında 6-cı turun oyunları davam edir. SİA-nın məlumatına görə, milli komandamızın üzvü Eddi İsrafilovun çıxış etdiyi "Eybar" öz meydanında "Selta Viqo" ilə qarşılaşıb. Görüşdə 1:1 hesablı bərabərlik qeydə alınıb. E.İsrafilov matçın 69-cu dəqiqəsində meydana çıxıb.

Qeyd edək ki, "Eybar" 9 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə