Açılış mərasiminə böyük məbləğdə vəsait xərclənməyəcək
2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarının açılış mərasiminə böyük məbləğdə vəsait xərclənməyəcək. Bunu "Rio-2016" Olimpiya Oyunlarının Təşkilat Komitəsinin rəhbərlərindən biri olan Leonardu Kaetano deyib. O bildirib ki, ölkədə iqtisadi böhran olduğu bir vaxtda Oyunların açılış mərasimini möhtəşəm etmək mümkün deyil. Biz az pul xərcləməklə orijinallığı, yaradıcılığı, ritm və emosiyaları özündə birləşdirən açılış mərasimi keçiriləcək.
"Rio-2016"nın ümumi dəyərinin 12 milyard dollar olması nəzərdə tutulur. Bu, 2008-ci ildə Pekində və 2012-ci ildə Londonda keçirilən Olimpiya Oyunlarına sərf olunan vəsaitdən azdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB