Azərbaycan-İtaliya oyununa bilet satışı davam edir

Azərbaycan-İtaliya oyununa bilet satışı davam edir

Futbol üzrə "Avro-2016"nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan və İtaliya yığmalarının oyununa bilet satışı davam edir. AFFA-dan bildiriblər ki, biletləri "Bakcell Arena"nın kassalarında və Üzeyir Hacıbəyli küçəsi, 48 ünvanında yerləşən "Bakcell" Müştəri Xidmətləri Mərkəzində əldə etmək mümkündür.

Biletlərin qiyməti 1, 2, 4 və 50 manatdır.

Satış nöqtələrindən 100 manata individual "Skybox" biletləri də əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə