Nazir Sumqayıtda vətəndaşları qəbul edəcək

Nazir Sumqayıtda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov sentyabrın 29-da Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəbulda Sumqayıt şəhər, Abşeron, Qobustan, Şamaxı və Xızı rayon sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Sumqayıt Tarixi Muzeyində (Sumqayıt şəh., Heydər Əliyev prospekti, 4-cü mikrarayon) başlanacaq.

Qəbul üçün vətəndaşların qeydiyyatı sentyabrın 24-dən 28-dək saat 09:00-dan 18:00-dək aparılacaq.

Qeyd edək ki, qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Sumqayıt - 055-921-29-99

Abşeron - 050-397-12-00

Qobustan - 050-484-33-34

Şamaxı - 050-391-57-88

Xızı - 070-771-37-77

Bütün xəbərlər Facebook səhifəmizdə