Bu gün Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/4 final mərhələsinə start verilib. SİA-nın məlumatına görə, turnirdə mübarizəni davam etdirən yeganə şahmatçımız Şəhriyar Məmmədyarov Rusiya təmsilçisi Sergey Karyakinə qarşı mübarizə aparır.
Bu gün Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov və Avropa Şahmat İttifaqının prezidenti Zurab Azmayparaşvili Dünya Kubokunun oyunlarının keçirildiyi məkana gəlib. Federasiya prezidenti Elman Rüstəmov şahmatçımız Şəhriyar Məmmədyarovla görüşərək ona uğurlar arzu edib.
SİA hazırda davam edən görüşlərdən fotosessiya təqdim edir:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB