“Neftçi” yeni futbolçu transfer edib

“Neftçi” yeni futbolçu transfer edib

"Neftçi" PFK müdafiəçi Jairo Rodriges Filyo ilə müqavilə imzalayıb. SİA-nın məlumatına görə, anlaşmaya əsasən, braziliyalı futbolçu ilin sonunadək "Neftçi"nin şərəfini qoruyacaq. Filyo "Neftçi"də 3 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 31 dekabr 1992-ci ildə Braziliyada dünyaya göz açmış Jairo Rodriges Filyo bunadək ölkəsinin "Amerika" (2011-2012), Bolqarıstanın "Botev" (2012-2014) və Portuqaliyanın "Trofense" (2014-2015) klublarında çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə