Azərbaycan - İtaliya: Bilet satışı davam edir

Azərbaycan - İtaliya: Bilet satışı davam edir

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da, saat 21:00-da, Bakı Olimpiya stadionunda keçiriləcək Azərbaycan - İtaliya oyununun biletlərinin satışı davam edir. SİA-nın məlumatına görə, biletləri "28 Mall" AVM-dən, "Bakcell Arena"nın kassalarından və Üzeyir Hacıbəyli küçəsi, 48 ünvanında yerləşən "Bakcell Müştəri Xidmətləri" mərkəzindən əldə etmək mümkündür.

Biletlərinin qiyməti aşağıdakı kimidir:

1-ci kateqoriya – 4 AZN

2-ci kateqoriya – 2 AZN

3-cü kateqoriya – 1 AZN

VİP – 50 Azn

Bilet satışı nöqtələrindən individual "SkyBox" biletləri də əldə etmək mümkündür. Bu biletlərin qiyməti 100 Azn-dir

Biletləri həmçinin www.tickets.affa.az ünvanından "onlayn" almaq mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə