Gennadi Sosonka: "Məmmədyarov daha şanslıdır" AÇIQLAMA

Gennadi Sosonka: "Məmmədyarov daha şanslıdır" AÇIQLAMA

Tanınmış şahmat mütəxəssisi Gennadi Sosonka açıqlamasında bu gün Dünya Kubokunun 1/4 final mərhələsində start götürəcək Şəhriyar Məmmədyarov - Sergey Karyakin görüşü haqda fikrini bildirib. SİA-nın məlumatına görə, O qeyd edib ki, bu dueldə Məmmədyarov daha şanslıdır: "Hər iki şahmatçı böyük təcrübəyə malikdir. Məmmədyarov uzun müddətdir Azərbaycan yığmasında çıxış edir. Karyakin Rusiya millisində əsas şahmatçılardan sayılır. Bakıdakı görüş fərqlidir. Əgər Dünya Kubokunda göstərilən oyunu nəzərə alsaq, fikrimcə, Məmmədyarov daha şanslıdır. Proqnoz vermək çətin olsa da, məncə Şəhriyar Karyakini üstələyə bilər. Şanslar 55%-in 45%-ə nisbətidir, təbii ki, Məmmədyarovun xeyrinə".

Qeyd edək ki, tərəflər iki dəfə qarşılaşacaq. Qalib məlum olmasa, duelin taleyi tay-brekdə həll olunacaq.

Dünya Kubokuna oktyabrın 5-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə