Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/4 final mərhələsinin daha bir iştirakçısı məlum olub. SİA-nın məlumatına görə, o, Rusiya təmsilçisi Sergey Karyakindir. Ukrayna əsilli şahmatçı növbəti mərhələdə həmyerlimiz Şəhriyar Məmmədyarova rəqib olub. 1/8 finalda Dmitriy Andreykinə qalib gələn Karyakin təəssüratlarını bölüşüb: "Andreykinlə oynamaq çətindir. Bizim öz aramızda oyunların nəticəsi onun xeyrinədir. Bu gün qalib gəlməklə fərq bir qədər azaldı. Klassik şahmatda uğur qazanmaq mümkün olmadı. Tay-brek çətin idi, lakin nəticəni öz xeyrimə başa vurmağı bacardım".
Sergey Karyakin 1/4 finalda Şəhriyar Məmmədyarova rəqib olmasını belə xarakterizə edib: "Şəhriyar mənim dostumdur. Yaxşı şahmatçıdır. Ancaq oyunda dostluq unudulacaq. Hər bir şahmatçı Dünya Kubokunun finalında oynamaq istəyir. Etiraf edim ki, mən ona, Şəhriyar da mənə qalib gəlməyə çalışacaq. İkimizdən biri yarışı tərk etməlidir. İndiyə qədər keçirilən görüşlərə nəzər salsaq, ümumi nəticə Məmmədyarovun xeyrinə olar. Mənim üçün asan olmayacaq. Çünki, zaldakı bütün azarkeşlər Şəhriyarın qələbə qazanmasını istəyəcək. Şəhriyar Dünya Kubokunda kifayət qədər inamlı təsir bağışlayır. Ona görə duelimiz maraqlı olacaq. Məmmədyarovla oynamaq hər bir rəqib üçün asan deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB