Millimiz bu gün cavab oyunu keçirəcək

Millimiz bu gün cavab oyunu keçirəcək

Futzal üzrə Azərbaycan milli komandası bu gün Avropa çempionatının play-off mərhələsində cavab oyunu keçirəcək. SİA-nın məlumatına görə, millimiz Trnava şəhərindəki Mestska Sportova Hala idman kompleksində Slovakiya yığması ilə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Xatırladaq ki, bu komandalar arasında sentyabrın 15-də keçirilmiş ilk oyun millimizin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə