Topaz Premyer Liqasının V turuna "Qəbələ" - "Sumqayıt" oyunu ilə yekun vurulub. SİA-nın məlumatına görə, bu matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşdı. Oyundan sonra hər iki komandanın baş məşqçisi qarşılaşma barədə fikirlərini bildirib:
Aqil Məmmədov ("Sumqayıt"ın baş məşqçisi): "Biz "Qəbələ"nin gücünə, səviyyəsinə bələdik. Odur ki, bu gün əks hücumlara bel bağladıq. Düşünürəm ki, qol epizodları yarada bildik, rəqibə boşluq vermədik. Futbolçularım meydançada yaxşı mübarizə apardılar. Biz bu oyunu qalib başa vura bilərdik. Amma şanslardan yararlana bilmədik. Bütün bunlara baxmayaraq, futbolçulardan razıyam".
Roman Qriqorçuk ("Qəbələ"nin baş məşqçisi): "Biz qeydə alınan nəticələrə görə şadıq. Buna görə Allaha dua edirəm. Sadəcə, oyunumuzu daha yaxşılaşdırmaq istəyirik və bunun üçün çalışırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB