İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində məktəblilərin asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov çıxış edərək tədbirin keçirilməsində məqsədin məktəblilərin asudə vaxtlarının səmərəli təşkilindən, yeniyetmələr arasında sərbəst güləş növünü inkişaf etdirməkdən ibarət olduğunu bildirib.
Daha sonra Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov yarışın qaydaları haqqında idmançılara geniş məlumat verib və onlara uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 9 çəki dərəcəsində 50-dək idmançı iştirak edib. Beynəlxalq Güləş Federasiyasının mövcud qaydalarına əsasən keçirilən birincilikdə Elsun Kazımlı, Abbas Həsənov, Bağır Zeynalov, Kənan Kərimov, Murad Quliyev, Həsən Həsənov, Gündüz Məmmədov, Rauf Qurbanov və Nail Nuriyev müvafiq çəki dərəcələrində mübarizə apararaq həmyaşıdları arasında I yerlərə layiq görülüblər.
Sonda qalib idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB