Azərbaycanın paytaxtı Bakıda şahmat üzrə dünya kuboku qazanmaq və iddiaçıların turnirinə vəsiqə almaq uğrunda mübarizəni cəmi 16 şahmatçı davam etdirir. Bazar günü 1/8 finalın birinci oyunları keçirilib. Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov amerikalı Fabiana Karuana ilə görüşüb. Qara fiqurlarla oynayan Məmmədyarovun amerikalı rəqibi 39-cu gedişdən sonra məğlub olduğunu etiraf etməyə məcbur olub. Partiya 3 saat 20 dəqiqə davam edib.
Dünya kubokunun 1/8 finalına 4 rusiyalı, 3 ABŞ nümayəndəsi, Çinin 2 şahmatçısı, 7 ölkənin, o cümlədən Azərbaycanın hərəsinin 1 nümayəndəsi çıxıb.
Dünya kubokunun dördüncü dövrəsində ilk oyunların yarısında qaliblər müəyyən edilib. Rusiyalı Pyotr Svidler bolqar Veselin Topalova, çinli Din Ljen öz həmvətəni Vey İ-yə, amerikalı Rikaru Nakamura ingilis Maykl Adamsa qalib gəlib. Dmitri Andreykin (Rusiya) –Sergey Karyakin (Rusiya), Dmitri Yakovenko (Rusiya) – Pavel Elyanov (Ukrayna), Maksim Vaşye-Laqrav (Fransa) – Uesli So (ABŞ), Aniş Giri (Niderland) – Radoslav Voytaşek (Polşa) görüşləri heç-heçə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB